Kürdəmirdə ərinin bıçaqladığı qadının vəziyyəti - açıqlandı

Kürdəmirdə ərinin bıçaqladığı qadının vəziyyəti - açıqlandı Gündəm

Kürdəmirdə əri tərəfindən bıçaqlanan qadının vəziyyəti açıqlanıb. 

News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, bu gün saat 05:30 radələrində xəsarət səbəbi ilə 1994-cü il təvəllüdlü (qadın) şəxs Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospiltazasiya olunub.

"Ona döş qəfəsinin arxa divarının açıq yarası diaqnozu təyin edilib. Pasiyent dərhal əməliyyata alınıb və ona zəruri tibb yardım göstərilib", - deyə məlumatda qeyd edilib.

Aqil Qarayev