Tonqaldan tullanan zaman yandılar
    • 13-03-2019, 10:44
    • 1 135

Tonqaldan tullanan zaman yandılar

“Dünən Yel Çərşənbəsi zamanı tonqaldan tullanan zaman xəsarət alan 9 nəfər Yanıq Mərkəzinə müraciət edib”. 

Bunu News24.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib. O bildirib ki, xəsarət alanların heç birinin həyatı təhlükəsi olmayıb, ciddi xəsarət alan yoxdur. 9 nəfərin hər birinə ilkin yardım edildikdən sonra evə buraxılıb.

Sevinc YASİNQIZI