Gündə 20 dəqiqə gəzmək ömrü uzadır
    • 12-09-2019, 20:23
    • 823

Gündə 20 dəqiqə gəzmək ömrü uzadır

ABŞ alimləri sübut ediblər ki, gündə 20 dəqiqə gəzmək orqanizmdə iltihabi proseslərin azalmasına kömək olur.
News24.az  www.medvesti.com saytına istinadla xəbər verir ki, bu istiqamətdə aparılan tədqiqatlarda iştirak edən 47 könüllü hər gün 20 dəqiqə yüksək templə gəzib. Gəzintidən sonra isə tədqiqat iştirakçılarının qan analizləri aparılıb və hərəkət etdikdən sonra iştirakçıların qanlarında iltihabi markerlərin 5 faiz aşağı düşdüyü müəyyən edilib.
Araşdırmaların rəhbəri Süzi Xonq bildirib: “Hər dəfə idman etdikdə biz öz orqanizmimiz, həmçinin immun hüceyrələrimiz üçün xeyirli bir iş görmüş oluruq”.
Həkimlər bildiriblər ki, fiziki aktivlik zamanı orqanizmdə hormon istehsalı artır bu da immun sisteminə müsbət təsir göstərən beta-2 andrenoreseptorları aktivləşdirir.
Onlar orqanizmi çox yormağı məsləhət görmürlər. Belə ki, tibb işçilərinin sözlərinə görə, gündə 15-20 dəqiqə yüksək templə gəzmək orqanizmdə iltihabi proses