“Qalatasaray” bu gün Çempionlar Liqasında növbəti oyununa çıxacaq

“Qalatasaray” bu gün Çempionlar Liqasında növbəti oyununa çıxacaq İdman

Bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsində III tura yekun vurulacaq.

News24.az xəbər verir ki, son oyun günündə 9 qarşılaşma keçiriləcək.

Türkiyənin “Qalatasaray” komandası bu tur Norveçdə “Budyo Qlimt”in qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Eyni vaxtda start götürəcək digər oyunda “Qarabağ” İspaniyada “Atletik”lə qarşılaşacaq.

Azərbaycan çempionunun rəqiblərindən “Çelsi” evdə “Ayaks”ı, “Ayntraxt” “Liverpul”u sınağa çəkəcək.

Çempionlar Liqası

Liqa mərhələsi, III tur

22 oktyabr

20:45. "Qalatasaray" (Türkiyə) - "Budyo Qlimt" (Norveç)

20:45. "Atletik" (İspaniya) - "Qarabağ" (Azərbaycan)

23:00. "Çelsi" (İngiltərə) - "Ayaks" (Niderland)

23:00. "Atalanta" (İtaliya) - "Slaviya" (Praqa, Çexiya)

23:00. "Ayntraxt" (Almaniya) - "Liverpul" (İngiltərə)

23:00. "Sportinq" (Portuqaliya) - "Marsel" (Fransa)

23:00. "Monako" (Fransa) - "Tottenhem" (İngiltərə)

23:00. "Real Madrid" (İspaniya) - "Yuventus" (İtaliya)

23:00. "Bavariya" (Almaniya) - "Brügge" (Belçika)