“DİM əməkdaşları mənə hədə-qorxu gəlir, versinlər məhkəməyə cavablarını da alsınlar” – Ekspert
    • 16-08-2018, 18:10
    • 975

“DİM əməkdaşları mənə hədə-qorxu gəlir, versinlər məhkəməyə cavablarını da alsınlar” – Ekspert

Xəbər verdiyimiz kimi bu gün Dövlət İmtahan Mərkəzi mətbuat konfransı keçirdib.

Konfransda çıxış edən Direktorlar Şurasının sədri Məleykə Abbaszadə 596 bal topladığı iddia edilən Əsgəri İbrahim Əli oğlu əslində yaz imtahanında 410, yay imtahanında isə 451 bal topladığını bildirib. O qeyd edib ki, məsələ ictimailəşdiyindən, Dövlət İmtahan Mərkəzinin nüfuzuna zərər gətirdiyinə görə təhsil eksperti Kamran Əsədovu məhkəməyə verəcək.

Məsələ ilə bağl News24.az-a  açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirdi: "İndi oxuyuram ki, DİM məni məhkəməyə verəcək. 
"Bayaq DİM - in inzibati binasında qrumun rəhbərliyinin iştirakı ilə keçirilən mətbuat konfransında fikrimi dedim.
Mənə valideynlər əllərində imtahan nəticələri barədə çap olunmuş sənəd və ixtisas seçimi ərizəsinin təstiq olunmuş sürəti ilə müraciət edib, bundan sonra onların şəxsi razılığı ilə onlar barəsində məlumatın ictimailəşdirilməsinə icazə veriblər. 

Yəni abituriyent barəsində məlumat onların razılığı ilə verilib. Məni məhkəmə ilə hədələyirlər? Buyurub etsinlər. Əllərində heç bir əsas yoxdur. Amma mənim əlimdə valideynləri tərəfindən təqdim olunmuş sənədlər var.Mətbuat konfransında abituriyentin valideynləri sözlərini və iddialarını DİM rəhbərinə dedilər. Hətta valideynləri bu proses və problemin qabarmasında onların maraqlı olduğunu, mənim ilə əlaqəli olmadığını dedilər. 
Mən ilkin statusda da ittiham irəli sürməmişəm, mənə daxil daxil olan məlumatı onların razılığı ilə paylaşmışam ki, bu da qanunvericilik aktlarına uyğundur.
Mən özüm işgüzar fəaliyyətimə xələl gətirdiklərinə, qulluq mövqeyindən istifadə etməklə hədə - qorxu gəlmələrinə görə onlara qarşı məhkəmə iddiası qaldıracam. Dediyim kimi, qanunvericilik aktlarına uyğun olaraq mənim fikir, rəy və statuslarımda heç bir qanun pozuntusu yoxdur.
Sadəcə olaraq, DİM onların fəaliyyətinə bu qədər çox diqqətdə saxladığıma görə narahatdır və buna hər vəcdlə maneə olmağa çalışır. 
Məhkəməyə verirlər? Versinlər. Abituriyent fotoşop edib? Bunu necə müəyyən etmək olar? Buyurun araşdırın. 

Həmən şəxslər mətbuat konfransında DİM rəhbərliyinin üzünə dediklər nə demək istədiklərini.Ölkədə fikir azadlığı var, məlumat əldə etmək haqqında qanun var, informasiya yaymaq haqqında qanun var və s.Mən onların mövqeyini, yəni abituriyentin fotoşop etdiyini yazdım. 
Nəyi və niyə təkzib edim? Axı DİM - in də iddiası əsassız ola bilər. Buna məhkəmə ekspertizası müəyyən edə bilər. Abituriyentə 7727 - dən topladığı bal ilə bağlı sms gəlib. Uzun sözün qısası, DİM - in mənə qarşı iddiasının heç bir əsası yoxdur".