"Səhvləri etiraf etməyə və dəyişməyə hazıram" - ZELENSKİ
    • 13-09-2019, 13:26
    • 607

"Səhvləri etiraf etməyə və dəyişməyə hazıram" - ZELENSKİ

"Mən prezident olmaq, amma insan qalmaq istədiyimi demişdim. Mənə elə gəlir ki, insanlar buna inandılar".

News24.az "RİA"-ya istinadən xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski YES forumunda deyib. O, dəyişməyə hazır olduğunu bildirib:"Onlar prezidentin onların səviyyəsində olmasını istəyirdilər. Fərqi yoxdur səhvlərim olacaq, səhvlərim var. İdeal insan deyiləm. Hamı kimiyəm. Səhvləri etiraf etməyə və dəyişməyə, insanları eşitməyə, ölkəmizin uğuru üçün hər şeyi etməyə hazıram".