-
- 11-01-2020, 13:21
- 966
"Biz İranın günahını tamamilə etiraf etməsini tələb edirik" - UKRAYNA PREZİDENTİ
Xəbər verdiyimiz kimi Tehran yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus “Boeing 737” təyyarəsi "insan səhvi" nəticəsində təsadüfən vurulub. İranın İRİB dövlət televiziya və radio şirkəti də məlumat yayıb ki, təyyarə bir insan səhvi və təsadüf üzündən vurulub. İranın Xarici İşlər naziri Cavad Zərif isə "Twitter" hesabında həlak olanların ailələrinə başsağlığı verərək üzr istəyib.
News24.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski dərhal məsələyə reaksiya verib: "Bu gün səhər xeyirliyə açılmadı, amma həqiqəti də özü ilə gətirdi. Beynəlxalq komissiya öz işini bitirməmiş İran günahını etiraf edərək Ukrayna təyyarəsini vurduğunu bildirdi. Lakin biz İranın günahın tamamilə etiraf edilməsini tələb edirik".
Sevda Bayramova