Yaqub Zurufçunun 30 ildən sonra qovuşduğu sevgisi AZƏRBAYCAN

Yaqub Zurufçunun 30 ildən sonra qovuşduğu sevgisi AZƏRBAYCAN
ŞOU-BİZNES

13-09-2019, 19:32

Mətn ölçüsü

Sevilən müğənni Yaqub Zurufçu uzun müddətdən sonra Heydər Əliyev Sarayında solo-konsert verəcək. 

News24.az xəbər verir ki, oktyabrın 12-də baş tutacaq konsertin biletlərı artıq satışdadır. Qiymətləri isə 20-90 AZN arasındadır.

Mədəniyyət Nazirliyinin dəstəyi ilə gerçəkləşəcək gecənin əsas səbəbi Yaqub Zurufçunun Azərbaycana gəlişinin 30 illiyinin tamam olmasıdır. 

Konsertdə sənətkar sevilən mahnılarını səsləndirəcək. 

Qeyd edək ki, konsertin informasiya dəstəyi News24.az-a aiddir.

Sevda Bayramova