Yaqub Zurufçunun konsert biletləri satışa çıxarıldı – 20-90 AZN
    • 27-08-2019, 18:08
    • 979

Yaqub Zurufçunun konsert biletləri satışa çıxarıldı – 20-90 AZN

Sevilən səs sahibi Yaqub Zurufçunun uzun müddətdən sonra Heydər Əliyev Sarayında verəcəyi solo-konsertin biletləri satışa çıxarılıb. 

News24.az xəbər verir ki, bu gün satışa başlanılan konsert biletlərinin qiyməti 20-90 AZN arasındadır.

Xatırladaq ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçiriləcək Yaqub Zurufçunun konserti oktyabrın 12-də baş tutacaq. Konsertdə Yaqub Zurufçunun ifasında sevilən bir çox mahnılar səslənəcək. 

Qeyd edək ki, kosnertin informasiya dəstəyi News24.az, APA, Trend, Day.az və Milli.az-a məxsusdur.