-
- 16-09-2019, 20:20
- 840
“Diqqət, uşaqlar!” adı altında təhlükəsizlik aylığı keçirilir
Yeni dərs ilinin başlaması ilə əlaqədar Daxili İşlər Nazirliyi rəhbərliyinin müvafiq göstərişinə əsasən sentyabrın 15-dən respublika ərazisində “Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.
Baş Dövlət Yol Polisi İdarəsindən News24.az -a bildiriblər ki, oktyabrın 15-dək davam edəcək tədbirin keçirilməsinin məqsədi uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və yol polisinin tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə töhfəsinin artırılmasıdır.
Göstərişə əsasən, uşaq və yeniyetmələrin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisələrinin təhlili aparılıb. Belə hadisələrin başvermə səbəblərinin və şəraitlərinin aradan qaldırılması üzrə konkret profilaktiki tədbirlərin görülməsi, təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə, habelə uşaq və yeniyetmələrin toplaşdıqları yerlərdə, onların hərəkət marşrutlarında yol şəraitinin yenidən müayinə olunması, hərəkətin təhlükəsiz təşkili nəzərə alınmaqla müvafiq tədbirlər görülür, o cümlədən yol nişanlarının qoyulması, yararsızlarının yeniləri ilə əvəz edilməsi, nişanlama xətlərinin çəkilməsi və s. işlər həyata keçirilir.
Yol polisi əməkdaşları tərəfindən orta məktəblərdə görüşlər təşkil olunur.