“Ulduzlar altında ev”
    • 17-09-2019, 23:53
    • 696

“Ulduzlar altında ev”

Alp dağlarında yerləşən kurort şəhərciyinin ziyarətçilərinə qeyri-adi yaşayış yeri təklif olunur.

News24.az Arxinovosti saytına istinadla bildirir ki, kurortun sahibləri bu konstruksiyanı nəvazişlə “Ulduzlar altında ev” adlandırıblar.

Bu, əslində xizək üzərində komadır və kurort sakinlərini istədikləri yerə çatdıra bilir. Onun layihə müəllifi yerli mehmanxana sahibi Ranyero Campiqottodur. Komaya istər 1, istərsə də bir neçə nəfər yerləşir. “Ulduzlar altında ev”in şüşə tavanından gecələr sayrışan ulduzlara baxmaq olar. Mobil evin içərisində isə yalnız çarpayı və televizor yerləşdirilib.

Komanı icarəyə da götürmək mümkündür.