-
- 7-10-2019, 11:01
- 754
Qapının qıfılını sındıraraq 1500 manatlıq qızıl OĞURLADI
Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə müraciət edən Binə qəsəbə sakini N.Mustafayev evindən oğurluq edildiyini bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal polis əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib. Evdən qapının qıfılını sındırmaq yolu ilə 800 manat pul və 700 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Binə qəsəbə sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Əlikram Şıxəliyev 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.