-
- 18-09-2019, 13:58
- 1 087
Yol polisini təhqir edən sürücü ÜZR İSTƏDİ: "Qələt eləmişəm"
Yol polisini təhqir edən sürücü Fəxrəddin Nəsirov bütün polislərdən üzr istəyib.
News24.az xəbərinə görə, hadisə barədə danışan sürücü deyib ki, polis əməkdaşı ondan sənədini təqdim etməsini istəyib.
“Sənədimi polis əməkdaşına təqdim edəndən sonra məndən taksi faəliyyəti ilə məşğul olmaq üçün lisenziyamın olub-olmadığımı soruşdu. Mən də ona “yox” cavabı verdim. Polis əməkdaşı da mənə protokol yazdı. Mən şəkər xəstəsiyəm və polisin bu hərəkətinə əsəbləşib, onu təhqir etdim. Həmin polis əməkdaşını tapıb üzr istəyəcəm. Bütün polis əməkdaşlarından üzr istəyirəm”, F.Nəsirov bildirib.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı olan polis zabitinin sürücüyə qayda pozuntusuna görə protokol tərtib etdiyi barədə video yayılıb. Polis protokol tərtib edəndən sonra sürücü asayiş keşikçisini təhqir edib.