Yol polisini təhqir edən sürücü ilə bağlı ARAŞDIRMA GEDİR
    • 18-09-2019, 11:53
    • 879

Yol polisini təhqir edən sürücü ilə bağlı ARAŞDIRMA GEDİR

Sosial şəbəkələrdə Bakıda yol polisi ilə sürücü arasında yaranan mübahisənin təfərrüatları Bakı Şəhər Baş Polis İdarəsində araşdırılır.

Bu barədə News24.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Onun sözlərinə görə, araşdırmanın nəticəsi ilə bağlı ictimaiyyətə geniş məlumat veriləcək.

Qeyd edək ki, sosial şəbəkələrdə yol polisi ilə sürücü arasında baş verən mübahisənin video-görüntüləri yayılıb. Sürücü barəsində protokol yazıldığına görə polis əməkdaşını təhqir edib.