Dövlət rəsmisi uşaq pornosu yaydı - FOTO
    • 18-09-2019, 17:29
    • 1 705

Dövlət rəsmisi uşaq pornosu yaydı - FOTO

Dövlət rəsmisi uşaq pornosu yaymaqda ittiham olunur. 

Pensilvaniyanın Baş prokuroru ştat senatoru Mayk Folmerdə uşaq pornoqrafiyasının aşkarlandığını elan edib.

News24.az "New York Post"-a istinadən xəbər verir ki, hüquq-mühafizə orqanları 64 yaşlı Respublikaçı Partiya üzvünün, evində etdiyi axtarış zamanı onun mobil telefonunda uşaq pornoqrafiyasının görüntülərini aşkarlayıb. Hadisədən sonra sonra o, uşaqların cinsi istismarı, uşaq pornoqrafiyası ilə günahlandırılıb.

Qeyd olunub ki, araşdırma istifadəçilərdən birinin uşaq pornoqrafiyasını Tumblr mikrobloq servisinə yüklədikdən başlayıb. Yoxlamalardan sonra sözügedən paylaşımın məhzMayk Folmerin evindən edildiyi bəlli olub.

Məsələ ilə bağlı açıqlama verən prokuror "Güc strukturlarındakı vəziyyətdən asılı olmayaraq, heç kim qanundan üstün deyil" deyib.

İddiaların ciddiliyini nəzərə alaraq senator artıq komitə sədri vəzifəsindən uzaqlaşdırılıb.