Qaraciyəri piyləndirən səbəblər hansılardır?
    • 18-09-2019, 23:47
    • 789

Qaraciyəri piyləndirən səbəblər hansılardır?

İspaniya alimləri hesab edirlər ki, siqaret çəkmək və fruktozadan gen-bol istifadə etmək qaraciyərin qeyri-alkoqol zəmində piylənməsinə səbəb olur. Bu xəstəlik hazırda dünyada çox yayılıb.
News24.az xəbər verir ki, problem ilbəil mürəkkəbləşir, çünki yağlı ərzaq məhsullarının istehlakı da gündən-günə artır. Eyni zamanda, meqapolislərin əhalisinin fiziki aktivliyi çox aşağıdır.
Alimlər müəyyən ediblər ki, nikotin və qanda qlükozanın səviyyəsinin çox olması qara ciyərin piylənməsinə gətirib çıxarır. Statistikaya görə, son yarım əsrdə fruktoza istehlakı 10 dəfə artmışdır. Həkimlər əhalini reklamlara etibar etməməyə, rasionlarına fikir verməyə çağırırlar.