"Azərbaycanda kişilərin 50 faizi siqaret çəkir" - İva Rakovac
    • 19-12-2019, 16:06
    • 775

"Azərbaycanda kişilərin 50 faizi siqaret çəkir" - İva Rakovac

"Sadəcə Avropada deyil, bütün dünyada qeyri-infeksion xəstəliklər ölümə səbəb olan əsas səbəblərdəndir. Ölüm hallarının 90 faizi əsasən məhz bu səbəbdən baş verir".

News24.az xəbər verir ki, bunu Ümümdünya Səhiyyə Təşkilatının Qeyri -infeksion xəstəliklərin qarşısının alınması və nəzarəti üzrə Avropa Ofisində Qeyri -infeksion xəstəliklərə nəzarət üzrə Proqram meneceri, tibb üzrə fəlsəfə doktoru Iva Rakovac bildirib. 

O qeyd edib ki, Azərbaycanda 2017-ci il STEPS nəticələrinə baxdıqda görmək olar ki, kişilər arasında siqaret çəkmə göstəricisi yüksəkdir: "Siqaret çəkən kişilərin sayı təqribən 50 faizdir. Bu göstərici 2011-ci ilin sorğusunun nəticələri ilə müqayisədə çox dəyişməyib. Bu bizi çox narahat edir.
Son 6 il ərzində Azərbaycanda siqaret çəkmə ilə bağlı böyük dəyişiklik olmayıb. Amma bir çox Avropa ölkələrində azalma müşahidə olunur. Növbəti 15 il ərzində siqaret çəkməni 30 faiz azaltmaq lazımdır. Amma Azərbaycanda 5 ili əbəs yerə itirmişik. Biz bunu bərpa etməliyik. Amma Azərbaycanda alkaqol istehlakı böyük problem hesab olunmur. 2017-ci ildə alkaqol istehlakı göstəricisi 2011-ci illə müqayisədə hətta bir qədər azalıb. Azərbaycanda meyvə-tərvəz istehlakı da çox aşağıdır. Sorğunun nəticələrinə görə, əhalinin təxminən 90 faizi gün ərzində tövsiyə olunan miqdarda meyvə-tərvəz yemir. Bu da xüsusi narahatlıq yara dır. Nəzərə almalıyıq ki, meyvə -tərvəz bizim sağlamlığımız üçün çox vacibdir. Eyni zamanda meyvə-tərvəz Azərbaycanda çox geniş yayılıb".

İ.Rakoviç deyib ki, Azərbaycan vəziyyəti yaxşılaşdırmaq üçün hələ çox işlər görməlidir: "Məsələn, tütünə görə gömrük rüsumu artırılmalıdır. Bu rüsum hazırda çox aşağıdır. Əhali arasında yüksək qan təzyiqi duzun normadan artıq qəbulu nəticəsində yaranır. Azərbaycanda kişilərin 30 faizi əksər hallarda öz qidalarına duz əlavə edirlər. Azərbaycanda bu göstərici digər ölkələrlə müqayisədə daha yüksəkdir. Digər ölkələrdə bu göstərici qat-qat aşağıdır. Maarifləndirmə aparmaqla bu göstəricini daha da aşağı salmaq olar. Azərbaycada əhalinin 90 faizi fiziki aktiv sayılmır. Sorğunun nəticələrinə görə, Azərbaycanda əhalinin 55-56 faizində artıq çəki var. Bu göstərici qadınlarda kişilərə nisbətən daha yüksəkdir. Bu göstərici 2011-ci il ilə müqayisədə yüksəlib. Təbii ki, növbəti illərdə bunun böyük nəticələri olacaq. Əhalinin 30 faizi yüksək qan təzyiqindən əziyyət çəkir. Bu göstərici 2011-ci illə müqayisədə aşağı düşüb və digər ölkələrdən aşağıdır ki, bu da sevindiricidir".

Afaq Mirayiq