İlhamə Quliyevanın sağlığında "baltaladığı" şou-biznes nümayəndələri - VİDEO
    • 17-08-2018, 16:18
    • 2 302

İlhamə Quliyevanın sağlığında "baltaladığı" şou-biznes nümayəndələri - VİDEO

Bu gün xalq artisti, "Şərəf" və "Şöhrət" oredenli İlhamə Quliyevanın doğum günüdür.

1943-cü ildə dünyaya göz açan Primadonanın 75 yaşı tamam olur.

"Göygöl", "Kaman", "Neylərsən", "Neyləmişəm", "Gedirəm", "Unut məni", "Yaşın nə fərqi var ki" və s. kimi bəstələri dinləyicilərinə sevdirən İlhamə Quliyevanın sağlığında "baltalamadığı" şou-biznes nümayəndəsi demək olar ki, qalmamışdı.

Xalq artisti Flora Kərimova ilə aralarında yaşanan qalmaqal isə ən səs-küylüsü olub. F.Kərimova həmkarının son gününə qədər onunla nəinki barışmaqdan, hətta bir araya gəlmək də imtina edib.


Primadonnanın müxtəlif vaxtlarda xalq artisti Aygün Kazımova ilə də arası dəyirdi. Həmkarını bir gün tərifləyən Quliyeva 1 ay onun haqqında mənfi fikirlər bildirirdi. Təbii ki, Kazımovanın cavabı da gecikmirdi. Açıqlamalarından birində A.Kazımova İlhamə Quliyevanın titullarına lağ edərək onu "Yerüstü və yeraltı sərvət" adlandırmışdı.

İlhamə Quliyevanın şou-biznes nümayəndələrinə ad vermək sevgisi də çoxlarına bəllidir. O, "prinsessa" titulunu verdiyi Navan Həbinbi ilə də zaman-zaman qalmaqal yaşayıb, hətta üz-üzə gələn də belə həmkarlar salamlaşmaqdan imtina edirdi.



Özünə də sənət kralişçası adını verən mərhum ifaçının əməkdar artist Elza Seyidcahanla münasibəti normal başlasa da heç də ürəkaçan bitmədi.

"Ağ çiçəyim" adlı mahnını duet şəklində oxuyan sənətçilərin arası tərəflərdən birinin bəstəni solo ifa etməsi ilə korlandı.

Elə nə baş verdisə bu hadisədən sonra yaşandı. Quliyeva maqazin verilişlərində Seyidcahanı necə deyərlər "Yaş yuyub, quru sərdi".

Açıqlamasının pik nöqtələri isə "Elza sən yaxşı ayaq yuyursan. Ayaqlarımı yuyanda buna şahid oldum" və "Bölgələrimizdəki icra başçıları sənin əlindən gizlənir. Deyirlər ki, bura gələndə Bakıya dolu çantalarla qayıdır. Hər şeyi pulsuz aparır" oldu.


Primadonna xalq artisti Nazpəri Dostəliyeva ilə də soyuq münasibətdə olub. Tərəflər arasındakı açıq müharibə məhkəməyə qədər gedib. Məğlub olan tərəf isə N.Dostəliyeva olub. Quliyeva ömrünün son günlərinə qədər həmkarının uduzduğu 25 min manat təzminatı gözləsə də ala bilmədi.


Şou-biznesin baltalı kraliçasının caynağına keçənlər arasında xalq artisti Brilliant Dadaşova da olub.

Sənətkarların davası Dadaşovanın “Neyləmişəm” mahnısını icazəsiz ifa etməsi ilə başlayıb. Qalmaqalı isə Brilliant Dadaşovanın “Mahnının İlhamə Quliyeva da oxuyub, amma mən türkiyəli müğənnidən eşitmişəm” deməsi avlovlandırıb.

Söz altında qalmağı sevməyən İlhamə Quliyeva “Buynuzun qaşınırsa, get divara sürt. Yaşı 60-ı keçib, amma lüt soyunub klip çəkdirir. Olmayan bədənini kimə göstərirsən?” deyib.


Bütün bunlara baxmayaraq bu sahədə İlhamə Quliyevanın yeri görünəcək. Allah rəhmət eləsin!

Teymur Məmmədov