İmişlidə ana və oğul özlərini çaya ATMAQ İSTƏDİ
    • 19-09-2019, 12:51
    • 820

İmişlidə ana və oğul özlərini çaya ATMAQ İSTƏDİ

Sentyabrın 18-də saat 11 radələrində Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində rayon sakini olan qadın oğlu ilə özünü çaya atmağa cəhd göstərib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, həmin ərazidə xidmət aparan İmişli Rayon Mühafizə Bölməsinin əməkdaşları tərəfindən bunun qarşısı alınıb. Onlar İmişli Rayon Polis Şöbəsinə təhvil veriliblər.

Faktla bağlı araşdırma aparılır.