Dünyanın ən deyingən xalqı fransızlar oldu
    • 19-09-2019, 22:11
    • 783

Dünyanın ən deyingən xalqı fransızlar oldu

Fransızlar etiraf ediblər ki, onlar dünyada ən deyingən xalqdır.
News24.az -ın xəbərinə görə, “San” qəzeti yazır ki, ölkədə aparılan sorğunun nəticələrinə görə, Fransa əhalisinin 72 faizi digər millətlərin nümayəndələrinə nisbətən daha çox həyatından narazıdır.
Respondentlərin yalnız 17 faizi qonşu italyanları daim inləyən hesab edir. Reytinqdə ikinci yeri italyanlar, üçüncü yeri isə amerikalılar tuturlar.
Sorğu göstərib ki, fransızların yalnız 6 faizi həyatından şikayət etmədən yaşaya bilər. Respondentlərin 31 faizinin fikrincə, ən çox narahatlıq doğuran cəhət yaxınları ilə münasibətlərdəki problemlərdir. Fransızların 25 faizi hesab edir ki, deyinmək əsəbləri sakitləşdirir.