Süfrəmizə qədər gətirib özümüzü zəhərlədiyimiz 10 qida
    • 19-09-2019, 22:18
    • 814

Süfrəmizə qədər gətirib özümüzü zəhərlədiyimiz 10 qida

Bir qrup alim hamımızın vərdiş etdiyi bəzi ərzaq məhsullarının nə qədər ziyanlı olduğunu araşdırıb. Bu məhsulların əksəriyyəti zəhərlənmələrə və allergik reaksiyalara səbəb olur.
News24.az xəbər verir ki, siyahıda birinci yeri çipslər və qazlı sular tutur. Çipslərin zərəri barədə çox eşitmişik. Bu, karbohidratlar, yağlar, boyalar və dad əvəzedicilərinin qarışığıdır. Hazırlanma texnologiyası üzündən çipslərdə çoxlu kanserogen əmələ gəlir, bu da öz növbəsində, qanda xolesterinin artmasına səbəb olur.
Şirin qazlı sular şəkər, kimyəvi maddələr və qazın qarışığıdır. Adətən, belə sulara E951 sintetik şəkər əvəzləyicisi – aspartam qatılır. Çoxlu miqdarda aspartam qəbul etdikdə maniakal depressiya, təşviş yaranır, qəzəb və zorakılıq hissləri əmələ gəlir. Odur ki, qazlı suyun üstündən təmiz su da içmək lazımdır. Bundan əlavə, maddələr mübadiləsini pozur və piylənməyə səbəb olur.
İkinci yeri fəstfudlar tutur. Tələsik hazırlanan yeməklər – dönərlər, qızardılmış kartof, şaurma və s. çox zərərlidir. Çünki bu məhsullar çox vaxt günlərlə dəyişdirilməyən yağda hazırlanır. Nəticədə yenə də konserogenlər peyda olur. Həmişə qəlyanaltıxanalarda əlüstü hazırlanan yeməklərlə qidalanma kolit, qastrit, qıcqırma, qəbizlik əmələ gətirir.
Üçüncü yeri kolbasalar və hisə verilmiş məhsullar tutur. Belə məhsullarda ətdən çox ətirləndirici olur. Hisə verilmiş balıq və ət də tərkibində çoxlu kanserogen olduğu üçün ziyanlıdır. Bu zərərli maddələr emal zamanı yaranır.
Bundan əlavə, istehsalçılar getdikcə daha çox genetik cəhətdən modifikasiya edilmiş məhsullara üstünlük verirlər. Məsələn, sosiska və kolbasaların 80 faizi transgen soyadan ibarətdir.
Dördüncü yerdə meyvə-tərəvəz, tərkibində konservantlar olan məhsullardır. Hətta ən faydalı və təbii məhsullar belə, məsələn, yol qırağında bitərsə, təhlükəli ola bilər. Bundan əlavə, meyvə-tərəvəzə vurulan qlyutamat natrium da zəhərlidir. Bu maddə baş ağrılarına, damarların yığılmasına, maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər.
Beşinci yerdə marqarin, şirniyyat və dənli bitkilərdir.
Marqarin yağın ən zərərli növü - transgen piydən ibarətdir. Marqarinlə hazırlanmış bütün məhsullar – tortlar, pirojnalar və s. hamısı orqanizm üçün zərərlidir.
Bəzi adamların orqanizmi ağ çörəyi qəbul etmir. Bu xəstəliyin adı seliakiyadır. Əlamətləri bağırsaq problemlərindən diabetə və yuxusuzluğadək dəyişir.
Altıncı yerdə qəhvə, energetiklər və süddür.
Əsəblərini korlamaq istəməyən yaşlı adam gündə 2-3 fincan qəhvə içə bilər. Çoxlu qəhvə içməklə baş ağrısı, ürək döyünməsi və yüksək təzyiqlə üzləşmək olar.
Gənclərin çox sevdiyi energetik içkilərin isə tərkibi hələ də məlum deyildir. Gün ərzində dalbadal çoxlu energetik içki qəbul edən adamların ölməsi faktları qeydə alınmışdır.
Süd də ağ çörək kimi, bəzi orqanizmlər tərəfindən qəbul edilməyə bilər.
7-ci yeri evdə bağlanan məhsullar və dondurma tutur.
Bankanı bütün qaydalara riayət etməklə, steril şəraitdə bağladıqda duza qoyulmuş xiyar və pomidor təhlükəli olmur. Əks halda isə həyat üçün çox təhlükəli zəhərlənmə baş verə bilər.
Dondurmanın tərkibindəki qatılaşdırıcı və ətirləndiricilər isə maddələr mübadiləsini ləngidir, bu da ən yaxşı halda artıq çəki ilə nəticələnə bilər.
8-ci və 9-cu yerdə konfetlərdir.
Onların tərkibində çoxlu kimyəvi maddələr, şəkər, boya və s. vardır. Bu məhsullar qastritə, diş xəstəliklərinə səbəb olur.
“Snikers” və “Mars”ı gözünüzün önünə gətirin. Elə bilirsiniz onlar şokoladdan və fıstıqdan, karameldən, nuqadan və şokoladdan hazırlanır? Xeyr. Onlar çoxlu kalori və kimyəvi əlavələrdən, genetik cəhətdən modifikasiya edilmiş məhsullardan ibarətdir.
10-cu yeri mayonez tutur.
Mayonez kanserogen piylərdən ibarətdir, üstəlik də qanda pis xolesterinin səviyyəsini artırır. Xüsusilə plastik kütlədən hazırlanmış qablardakı mayonezi ümumiyyətlə yemək olmaz. Sirkə dəyəndə plastikdən zəhərli maddələr ayrılır.