Həkimlər qazlı sularla bağlı həyəcan təbili çalırlar
    • 18-09-2019, 20:07
    • 2 045

Həkimlər qazlı sularla bağlı həyəcan təbili çalırlar

Həkimlər son 40 ildə qazlı su istehlakının xeyli artmasından narahatdırlar.

News24.az-ın məlumatına görə, məsələ bundadır ki,  uşaqlar 40 il əvvəlkindən daha çox şəkər yeyir, süddən çox qazlı su içirlər. Elmi tədqiqatlar göstərir ki, yeniyetmələrin hər gün təxminən 1300 milliqram kalsiuma ehtiyacı vardır. Halbuki onlar yalnız 800 milliqram kalsium qəbul edirlər. Kalsium çatışmazlığı sümüklərin yumşalmasına, osteoxandroza gətirib çıxarır. Bu maddə 18 yaşınadək insanın inkişafı üçün çox əhəmiyyətlidir.

Sübut edilib ki, çoxlu qazlı su içən yeniyetmələrin sümüyü tez sınır, onlar osteoparozdan əziyyət çəkirlər. Gündə 3 banka qazlı su yeniyetmələrin sağlamlığı üçün çox böyük təhlükə yarada bilər. 12-29 yaşlarında kişilər və yeniyetmələrin qazlı su içməsi dişlərin çürüməsi, osteoporoz, piylənmə, böyrəklərdə daş, şəkərli diabet kimi xəstəliklərin yaranmasına səbəb olur.

Qazlı suyun tərkibində çoxlu kofein, turşular, əlavələr və boya maddələri, habelə fruktoza olur. Kofein kalsiumun orqanizmdən çıxarılmasına kömək edir. Fosfor və kömür turşusu dişlərin minasını zədələyir.

İnsanlar qazlı suyun zərərini anlamalı, istehsalçılar isə məsuliyyəti öz üzərilərinə götürməlidirlər. Doğrudur, qazlı sudan tam imtina etmək də lazım deyildir. Sadəcə, adi gigiyena qaydalarına əməl etmək, qazlı su içdikdən, qida qəbul etdikdən sonra ağız boşluğunu yaxalamaq lazımdır.