"Qarabağ" "Sevilya"ya uduzdu
    • 19-09-2019, 22:30
    • 1 002

"Qarabağ" "Sevilya"ya uduzdu

Bu gün Avropa Liqasında qrup mərhələsinin ilk turunun oyunları keçiriləcək.
News24.az xəbər verir ki, öllkəmizi turnirdə təmsil edən “Qarabağ” da meydana çıxıb.
Ağdam təmsillçisi Bakıda çətin sınaq qarşısındadır. Qurban Qurbanovun komandası Avroliqanın beşqat qalibi – bu göstəricidə mütləq rekordçusu “Sevilya”nı qəbul edir. "Qarabağ"ın La Liqanın hazırkı liderinə qarşı necə mübarizə aparacağı maraqla gözlənilir.
Məlumat üçün bildirək ki, matçın 62-ci dəqiqəsində 
Çiçarito- Sevilya hesabı açıb. 78-ci dəqiqədə isə "Sevilya" hesabı 0:2 edir. Haddadi topu "Qarabağ"ın qapısından keçirib. 
İspanlar ardıcıl üç qol vuraraq "Qarabağ"ı 3:0 hesabı ilə məğlub edib.
A qrupunun digər oyununda APOEL öz meydanında “Düdelanj”ı sınağa çəkib.
Luksemburq təmsilçisi APOEL-i 4:3 hesabı ilə məğlub edib.