"Qarabağ" "Sevilya"ya uduzur - Yenilənir
    • 29-11-2019, 01:23
    • 874

"Qarabağ" "Sevilya"ya uduzur - Yenilənir

Bu gün Avropa Liqasının qrup mərhələsində 5-ci turun oyunları keçirilir.

News24.az xəbər verir ki, turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti matçına çıxıb. Ağdam klubu İspaniya səfərində qrup lideri “Sevilya”nın qonağıdır.
5-ci tur
A qrupu
00:00. “Sevilya” (İspaniya) – “Qarabağ” (Azərbaycan) 1-0 (İkinci hissə)

Avroliqanın rekord sayda – 5 qat qalibi olan meydan sahibləri bu matçın aşkar favoritidir. Bakıda keçirilən ilk görüşdə də Əndəlüs təmsilçisi “Qarabağ”dan üstün olub – 3:0. Bununla belə, qrupdan çıxmaq şansının çətinə salan Qurban Qurbanovun komandası səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacaq.

Qrupun digər oyununda isə APOEL “Dedelanj”ın qonağı olacaq.

Qeyd edək ki, “Qarabağ” və APOEL-in 4 xalı olsa da, şəxsi oyunlardakı üstünlüyə görə Nikosiya təmsilçisi 2-ci, “Qarabağ” isə 3-cü pillədə yer alıb. Bu da o deməkdir ki, “Qarabağ” “Sevilya”ya uduzsa və APOEL Lüksemburq səfərində qalib gəlsə, təmsilçimiz qrupdan çıxmaq şansını itirəcək.
Komandalar meydana  aşağıdakı tərkibdə çıxıblar:


"Sevilya": 13. Yassin Bunu, 3. Serxi Qomes, 6. Daniel Karriso (k),  15. Alexandro Pozo, 17. Nemanya Qudel, 18. Serxio Eskudero, 21. Oliver Torres, 7 Roni Lopes,  9. Munas Dabbur, 14. Çiçarito, 11. Munir El Haddadi

Ehtiyat oyunçular: Tomas Vatslik, 5. Lukas Okampos, 12. Xules Kunde, 22. Franko Vaskes, 26. Xose Mena, 30. Brayan Gil, 34. Felipe.

"Qarabağ": 1. Asmir Beqoviç, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 20. Riçard Almeyda, 8. Miçel, 17. Abdullah Zubir, 9. Xayme Romero

Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 7. Araz Abdullayev, 10. Dani Kintana, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov, 21. Hacıağa Hacıyev, 23. Faysal Rerras.