Dənizdə dalğanın hündürlüyü 2 METRDƏN ÇOX OLUB
    • 21-09-2019, 12:56
    • 655

Dənizdə dalğanın hündürlüyü 2 METRDƏN ÇOX OLUB

Ekologiya və Təbii Sərvətlər Nazirliyi saat 12:00-a olan faktiki hava şəraiti haqqında məlumatı açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən News24.az-a verilən məlumata görə, simal-qərb küləyi
Pirallahı, Sumqayıt, Bakıda 20 m/s, Maştağa, Naftalanda 18 m/s, Bayıl yamacında 19 m/s, Neft Daşlarında 16 m/s-dək güclənib. Netf  Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,3 metrə çatıb.