-
- 21-09-2019, 15:56
- 1 037
"Gənclik" metrosunda TÜSTÜLƏNMƏ - İNSANLAR TƏŞVİŞDƏ
“Bakı Metropoliteni” QSC-nin "Gənclik" stansiyasında qatarda baş verən tüstülənmənin səbəbləri məlum olub.
News24.az xəbər verir ki, qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, vaqonda tüstü hiss olunub: "Bu gün saat 14:30 radələrində xətdə hərəkət edən qatarın vaqonunda spesifik qoxu və tüstü müşahisə olunub. "Gənclik" stansiyasında, sərnişinlər qatardan düşürülüb, vaqonlara baxış keçirilib. Hər hansısa problem aşkar olunmayıb. Həmin qatar sərnişinlərlə yoluna davam edib.
Qoxunun yaranmasına səbəb həmin qatardan əvvəl xəttə verilmiş sınaq qatarı ilə bağlı olub. Qatarın təkərinin detallarından biri sıxıldığından sürtünmə baş verib və nəticədə ətrafa dəmirin sürtünməsindən yaranan qoxu yayılıb.
Sərnişinlər arasında həyəcanlanan olub. Müvafiq ilkin yardım göstərilib və təcili tibbi yardımın dəvət edilməsi təklif olunub. Lakin sərnişinlər könüllü təcili tibbi yardımın çağırılmasından imtina ediblər".