Bakı metrosunda QORXULU ANLAR: qatar tüstüləndi, sərnişinlər...
    • 29-11-2018, 18:36
    • 1 176

Bakı metrosunda QORXULU ANLAR: qatar tüstüləndi, sərnişinlər...

Bu gün 17:23 radələrində “Nəsimi” stansiyasında qatarda tüstüləmə baş verib. Sərnişinlər vaqonlardan boşaldılıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun News24.az- a verdiyi məlumata görə, qatarın əyləc sistemində baş verən nasazlıq səbəbindən ətrafa xüsusi qoxu yayılıb:

“Əyləc kolotkasında tutulub, ona görə cüzi tüstü yarana bilər. Bu zaman ətrafa xüsusi qoxu yayılıb. Hadisənin baş vermə səbəbinin araşdırılması üçün sərnişinlər boşaldılıb və qatar depoya göndərilib. Xəttə əlavə qatar buraxılıb”.

B.Məmmədovun sözlərinə görə, hazırda metroda qatarların qrafik üzrə hərəkəti bərpa edilib.