Ərinin yolunu gözləyərkən - 10 DƏQİQƏYƏ VARLANDI - FOTO

Ərinin yolunu gözləyərkən - 10 DƏQİQƏYƏ VARLANDI - FOTO Dünya
Həyat yoldaşının yolunu gözləyən qadın 10 dəqiqəyə varlanıb.

News24.az "UPI"ya istinadən xəbər verir ki, ABŞ-ın Merilend ştatının sakini olan qadın iş günü bitəndən sonra həyat yoldaşının onu çalışdığı şirkətdən evə aparmasını gözləyib. 

Vaxtını gözləməklə boş yerə keçirmək istəməyən qadın mağazaya daxil olaraq lotoreya alıb. Bəxtini sınamaq üçün lotoreyanı pozduqda isə 30 min dollar qazandığını görüb. 

O, uduşlu lotoreyanın şəklini çəkərək həyat yoldaşına yollayıb. Cütlük 30 min dolları yaşadıqları evin kreditini ödəməyı xərcləyəcəklərini bildiriblər. 


Ərinin yolunu gözləyərkən - 10 DƏQİQƏYƏ VARLANDI - FOTO