Mir Şahin Fədayə Laçına azadlıq istədi:
    • 23-09-2019, 22:20
    • 2 199

Mir Şahin Fədayə Laçına azadlıq istədi: "Bəlkə sədaqətinə bağışlayaq?!"

Mir Şahin məhbus kriminal avtoritetin qaçmasına yardım etdiyinə görə həbsdə yatan müğənni Fədayə Laçına azadlıq istəyib.
News24.az xəbər verir ki, jurnalist özünün "Mir Şahinin vaxtı" proqramında belə bir çağırış edib:
"Azərbaycanda özünü siyasi məhbus adlandıranların fonunda, "balam günahkar deyil, onu mənə qaytarın" deyə terror aksiyasında müxtəlif 
dərəcələrdə iştirak edən balalarını yuyub yarpız və ya dəstəmaz ləyəninin üstünə qoyanlarının fonunda öz sevgi dustaqlığını sakit-sakit çəkən bir qadın - Fədayə Laçın.
İyul terrorunda iştirak edənlərin bəzilərini məhkəmə zalından azad etdik. Onlara xəyanəti bağışladıq, dövlət olaraq. Fədayə Laçını da bəlkə sədaqətinə bağışlayaq?! 
Bu, qaraguruhun diz, barmaq qıran liderlərinə bir dərs olardı. Necə deyərlər, qadına qarşı dövlət bir kişilik örnəyi nümayiş etdirərdi".
/BAKU.WS/