Aqil Abbas:
    • 30-10-2019, 00:26
    • 1 212

Aqil Abbas: "Fədayəni dünyanın bir nömrəli terrorçusu kimi təqdim etmişdilər"

Xəbər verdiyimiz kimi Bakıda məhbusların qaçmasına yardım etdiyinə görə həbs edilən müğənni Fədayə Laçın azadlığa buraxılıb.

News24.az xəbər verir ki, bununla bağlı BiG.AZ-a danışan deputat Aqil Abbas bildirib ki, Fədayə Laçını dünyanın bir nömrəli terrorçusu kimi təqdim etmişdilər: "Hadisədir. Hər kəs səhv edə bilər. Sevinirəm ki, o, azadlığa çıxdı. Çünki Fədai Laçın çox istedadlıdır. Fədayə Laçının keçmiş əri, bacısı və ailəsi ilə çox yaxınam. Bir qarabağlı kimi çox sevinirəm ki, azadlığa çıxdı. Təki Allah qatı cinayətkarlardan başqa bütün məhbusların qapısını açsın. İnşallah Fədayə Laçına bundan sonrakı həyatında xoşbəxtlik nəsib olar".