Naməlum şəraitdə xəsarət aldı
    • 23-09-2019, 22:36
    • 853

Naməlum şəraitdə xəsarət aldı

Sabunçu rayonunda bir nəfər naməlum şəkildə xəsarət alıb.

News24.az xəbər verir ki, hadisə ayın 21-də saat 13.00 radələrində rayonun Ramana qəsəbəsində qeydə alınıb. 

1969-cu il təvəllüdlü Y.B. Ramana qəsəbəsində baş nahiyyəsindən aldığı xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Vəziyyəti ağır olduğundan ifadə verə bilməyən bu şəxsin hansı şəraitdə xəsarət aldığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.