Qurban Qurbanov:
    • 28-10-2019, 21:37
    • 845

Qurban Qurbanov: "Neftçi" ilə matçda çox dəyişiklik etməyi düşünmürəm

"Futbolçuları təbrik edirəm. Sonda vacib 3 xal qazandıq. Bəzi oyunçular 90 dəqiqə meydanda olmamışdılar və formalarından uzaq idilər. Amma hər biri intizamlı oynamağa çalışdı. Rəqib bu gün ən yaxşı oyunlarından birini göstərdi. Bu cür davam etsələr, yaxşı nəticələr qazana bilərlər".


News24.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın IX turunda evdə "Səbail"i məğlub etdikləri (1:0) matçdan sonra mətbuat konfransında deyib.


47 yaşlı mütəxəssis qarşıdakı "Neftçi" ilə matç barədə də danışıb: "Rəqibimiz ciddi və istəklidir. Oyunlarımız maraqlı alınır. Oyunçulardan intizamlı olmalarını tələb edəcəyəm. Onlar da bu matçı gözləyirlər. Çalışacağıq ki, azarkeşlər üçün maraqlı matç olsun və futboldan həzz alsınlar. Ondan sonra Kipr APOEL-ilə qarşılaşmanın olmasına baxmayaraq "Neftçi" ilə matçda çox dəyişiklik etməyi düşünmürəm. Bir və ya iki dəyişiklik edə bilərik".