-
- 24-09-2019, 11:21
- 766
Türkiyədə olan azərbaycanlı xalq artistinin vəziyyəti ağırlaşdı - AZƏRBAYCANA GƏLMƏSİNƏ İCAZƏ VERİLMİR
Sağlamlığında ciddi problemlər yaşayan, hazırda isə Türkiyədə müalicə olunan Xalq artisti Naibə Allahverdiyevadan xəbər var.
News24.az xəbər verir ki, "Elgizlə izlə" verilişində telefonla bağlanan Xalq artisti vəziyyətinin çox pis olduğunu söyləyib: "MRT olundum, boynumu dopler elədirlər. Psixiatr məni danışdırdı, kardioloq iki dərman yazdı. Evə gəlib həmin dərmanları qəbul etdim. 2-3 gündən sonra vəziyyətim pisləşdi. Mən bunları niyə deyirəm? Çünki uzaqda qalıram. Onlar bilir ki, vəziyyətim pisdir. Mənə dedilər ki, "bizdə maşın yoxdur, siz gəlin". Səhəri gün maşın tutub Şişliyə getdik. Evdəkilər bir gün öncə üstümə Təcili Yardım gəldi. Məni xəstəxanaya yerləşdirdilər. Bilirsiniz də burda hər şey pulludur. Səhhətim çox pis idi, iynə vurdular, bütün bədənim keyidi. Məndən analiz götürdülər, dedilər ki, bir dənə zəif mikrobun var. Dedim ki, mənim pulum yoxdur, artıq biletləri də almışdım, uçmalı idim. Vəziyyətim pisdir. Bakıya gəlmək istəyirəm, gələ bilmirəm. Təzyiqim var. Səhərə qədər yatmamışam. Bədənim yanır. Deyirlər gəl təzdən MRT edək. Halım çox pisdir, təyyarəyə minə bilmirəm. Mənə kömək etsinlər. Normal həkimə yönləndirsinlər ki, heç olmasa, Bakıya qayıda bilim".
Sevda Bayramova