-
- 18-08-2018, 13:36
- 921
Azərbaycanda biabırçı olay: Yamaca çıxmaq istəyən ərəbdən pul tələb etdilər – FOTO
Qubaya istirahətə gedən turistlər qəribə hadisə ilə rastlaşıb. Quba sakini Qəçrəş kimi tanınan ərazidə dağın yamacına qalxmaq istəyən bir qrup ərəb turisti ora buraxmayıb.
Bu barədə məlumatı səfəri təşkil edən turizm şirkətinin nümayəndəsi verib.
Belə ki, özünü təqdim etməyən gənc oğlan ailələri ilə yamaca qalxmaq istəyən ərəb turistlərə yaxınlaşaraq girişə görə 1 manat ödəniş tələb edib.
Bundan əsəbləşən turistin yanındakı turizm şirkətinin nümayəndəsi ilə "yamac sahibi" arasında mübahisə yaranıb:
"Mən dedim ki, dağ millətindir, dövlətindir, şəxsi əmlak deyil, buna görə niyə ödəniş etməliyik? O isə dedi ki, buranı özəlləşdirmişəm. Güya sənədləri də var. Tələb etdim, amma sənədləri gətirmədi. Sadəcə yanımdakı turistlər mübahisə böyüməsin deyə yamaca qalxmaq fikirindən daşındılar. Biabırçılıqdır. Bu cür edirlər ki, turistlər də daha gəlmək istəmir".