Azərbaycana gələn turistlər qar səbəbindən YOLDA QALDILAR
    • 2-11-2019, 19:07
    • 686

Azərbaycana gələn turistlər qar səbəbindən YOLDA QALDILAR

Qubanın Xınalıq kəndində gedən xarici turistlər yolda qalıb.

News24.az xəbər verir ki, "Mercedes Vita" markalı maşınla Xınalığa getmək istəyən İspaniya, BƏƏ və Rusiyadan olan turistlər əraziyə yağan qar səbəbilə hərəkət edə bilməyiblər.

Yolda qalan şəxslər Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə müraciət ediblər. Quba Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, turistlər üçün əraziyə 2 xüsusi maşın göndərilib.