Vurğun Əyyubun vəsiyyəti ilə dəfnində
    • 24-09-2019, 17:23
    • 1 007

Vurğun Əyyubun vəsiyyəti ilə dəfnində "RUHANİ" ÇALINIB - VİDEO

Bu gün vəfat edən keçmiş Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sabiq sədri Vurğun Əyyubun dəfnində son istəyi həyata keçirilib.

News24.az xəbər verir ki, mərhumla vida mərasimi yaşadığı evdə baş tutub.  Vurğun Əyyubun cənazəsi üzərinə Azərbaycan bayrağı sərilib. 

Mərasimdə ictimai-siyasi xadimlər, ziyalılar, tanınmış şəxslər çıxış ediblər. 

V.Əyyubun vəsiyyətinə uyğun olaraq son məzara yola salınarkən sazla "Ruhani" havası ifa edilib. Cənazə "Ruhani" sədaları ilə yola salınıb. 


Sözügedən görüntünü təqdim edirik: