Vurğun Əyyubun həkimi danışdı: "Həyata qayıtma şansı Allahın əlindədir"
    • 23-09-2019, 17:01
    • 874

Vurğun Əyyubun həkimi danışdı: "Həyata qayıtma şansı Allahın əlindədir"

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyubun səhhəti kritikdir.
 
News24.az xəbər verir ki, bu barədə sherg.az-a V.Əyyubun həkimi, professor Adil Qeybulla məlumat verib. 
 
Həkim qeyd edib ki, V.Əyyubun həyata qayıtma şansı Allahın əlindədir: "Doğrudur, onun vəziyyəti olduqca ağırdır. Amma hər halda Allah istəyərsə, o, həyata qayıda bilər". 
 
A.Qeybulla sosial şəbəkə istifadəçilərinə də müraciət edib: "Sosial şəbəkələrdə Vurğun bəyin ölümü ilə bağlı yayılan xəbərlər tamamilə yalandır.  İstifadəçilər gərək, diqqətli olsunlar və belə dezinformasiya yaymasınlar".