Çanaq İradə İbrahimovanın başında ÇATLADI
    • 25-09-2019, 12:29
    • 1 091

Çanaq İradə İbrahimovanın başında ÇATLADI

Aparıcı Mirşahin Ağayevin həbsdə olan müğənni Fədayə Laçın barədə müraciət etməsi mediada səs-küyə səbəb olub.

News24.az bildirir ki, bir sıra şou-biznes nümayəndəsi onun çıxışını paylaşaraq, dəstək olublar. Onlardan biri də Türkiyədə yaşayan müğənni İradə İbrahimovadır. Amma İradənin bu paylaşımı sərt tənqid olunub. Şərhlərdən anlaşılır ki, Fədayə Laçınla bağlı ard-arda edilən paylaşımlar izləyiciləri qıcıqlandırır. İradə İbrahimovanın bu paylaşımı da bardağı daşıran son damla olub. Bu səbəbdən də izləyicilərin təpkisi sətr olub. Ona ""Fədayə kimi həbsdə 1000-lərlə məhbus qadın yatır. Indi Fədayənin bu qədər məhbus qadınların arasında özelliyi nədir??? İndi müğennidir deyə və ya sevdiyi insanın həbsdən qaçmasına șerait yaradaraq fedakarlığını misal çekəcəksinizsə, içəridə öz namusunu qorumaq adına ve buna bənzər əməllərlə cinayət töretməyə məcbur buraxılan insanlar var, onlar nece olacaq???" kimi bir çox rəylər yazılıb.

İradə isə öz növbəsində: "Mən siyasət nədir bilmədim, siyasətçil biri də olmadım. Ruhum əl vermədi. Amma insan olmağı bilirəm, onurğa bilirəm, şəxsiyyəti bilirəm. Bu həyatda onurğa nə qədər çox önəmli bir şeydir?! Gəmini tərk edənlər, edib-etməmək arasında qalanlar, tədbir görmək lazımdır deyənlər və sairə. Hər kəs özünün aynasıdır. Nə görürsə ondan ibarətdir. Paylaşdığım videoya görə qınayanlara isə bu sizin kiçik imtahanınız olsun və inşallah bununla keçib getsin. Allah ölkəmizə zərər verməsin". deyə cavab verib.

Sevda Bayramova