Azərbaycanda borca görə 7 nəfər SAXLANILDI
    • 25-09-2019, 12:12
    • 499

Azərbaycanda borca görə 7 nəfər SAXLANILDI

Daxili İşlər Nazirliyi ötən gün respublikada qeydə alınan kriminal hadisələrin statistikasını açıqlayıb.

News24.az-ın nazirliyə istinadən məlumatına görə, gün ərzində törədilən 24 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması təmin edilib. Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 7 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş verən 3 ağır yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.