Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb
    • 13-03-2019, 10:24
    • 789

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb

Ayın 12-dən 13-dək daxili işlər orqanlarındaqeydə alınmış cinayət və hadisələrin statistikası açıqlanıb.

DİN-nin Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 31 cinayətin  üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 25 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.  

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.