-
- 25-09-2019, 20:42
- 1 639
23 yaşlı qız deputatın evində İNTİHAR ETDİ -FOTOLAR
AK Partiyasının İstanbuldan seçilən millət vəkili Şirin Ünalın evində çalışan özbək əsilli Nadirə Qədirova isimli qadın intihar edib.
News24.az Sözcü-yə istinadən xəbər verir ki, 23 yaşlı Nadirə deputat Ünalın tabel tapançası ilə özünü öldürüb.
Təqaüdə çıxan general Şirin Ünalın evində 1 ildir çalışan 23 yaşlı Nadirə Qədirovanın intiharından bir gün öncə rəfiqəsi Leylaya "Çox pis şeylər baş verir. Mən qardaşımın üzünə necə baxacam? Ölmək istəyirəm" dediyi ortaya çıxıb.
İntihar olayının Şirin Ünalın evde olduğu zaman baş verdiyi məlum olub. Ünal hadisə ilə bağlı açıqlama vermək istəmir.