Millət vəkilinin evində qətl - İŞÇİSİ İNTİHAR ETDİ - FOTO
    • 25-09-2019, 14:32
    • 1 056

Millət vəkilinin evində qətl - İŞÇİSİ İNTİHAR ETDİ - FOTO

Millət vəkilinin evində çalışan işçi intihar edib.

News24.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə Türkiyədə "AK parti"nin millət vəkili Şirin Ünalın evində yaşanıb. Özbək əsilli 23 yaşlı Nadirə Qədirova rəfiqəsinə yazdığı mesajdan sonra Ş.Ünalın silahı ilə həyatna son qoyub. O, mesajda "Pis hadisələr baş verir. Qardaşımın üzünə necə baxacağam" yazıb.

İntihar zamanı millət vəkilinin də evdə olduğu bildirilib.