Jak Şirak vəfat etdi
    • 26-09-2019, 14:06
    • 1 043

Jak Şirak vəfat etdi

Fransanın keçmiş prezidenti Jak Şirak vəfat edib.

News24.az "Reuters"ə istinadən xəbər verir ki, Fransanın sabiq başçısı, sentyabrın 26-da, cümə axşamı səhər dünyasını dəyişib. Onun ölüm səbəbi barədə məlumat yoxdur. 

Jak Şirak 29 noyabr 1932-ci ildə anadan olub. 1995-ci ildən 2007-ci ilə qədər Fransa prezidenti postunu tutub. 2011-ci ildə o, büdcə vəsaitlərinin mənimsənilməsində və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinərək 2 il sınaq müddətinə məhkum edilib. Məhkəmədəki dinləmələr sabiq prezidentin səhhətinin pis olması səbəbindən qiyabi olaraq həyat keçirilib.