-
- 26-09-2019, 20:29
- 1 373
Bakıda 33 yaşlı oğlan 6 yaşlı bibisi nəvəsini zorladı - TƏFƏRRÜAT
6 yaşlı qızı zorlamaq və seksual xarakterli hərəkətlər törətməkdə təqsirli bilinərək məhkum olunan 1986-cı il təvəllüdlü Ağalar Hümbətov Ali Məhkəməyə şikayət edib.
News24.az xəbər verir ki, onun şikayətinə hakim Gülzar Rzayevanın sədrliyi ilə keçiriləcək məhkəmə prosesində baxılacaq.
İttihama görə, A. Hümbətov Xətai rayonunda bibisi nəvəsi 6 yaşlı qızı evdə tək olan zaman zorlayaraq seksual xarakterli hərəkətlər edib. Uşağın valideynləri bundan xəbər tutaraq polisə şikayət ediblər. Polis tərəfindən həbs edilən A.Hümbətov Cinayət Məcəlləsinin 130 (zəruri müdafiə həddini pozmaq), 149 (zorlama), 150 (seksual xarakterli hərəkətlər törətmə) maddələri ilə ittiham edilib.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə Ağalar Hümbətov 18 il müddətinə azadlıqdan məhrum edilib.