Jak Şirakın dəfn olunacağı yer və tarix AÇIQLANDI
    • 27-09-2019, 11:56
    • 735

Jak Şirakın dəfn olunacağı yer və tarix AÇIQLANDI

Vəfat edən Fransanın keçmiş prezidenti Jak Şirakın dəfn olunacaq yer açıqlanıb. 

News24.az
"BFMTV"-yə istinadən xəbər verir ki, J.Şirak Parisdə Monparnas qəbristanlığında dəfn olunacaq. Yelisey sarayından verilən rəsmi açıqlamada vida mərasiminin bazar günü 29 sentyabr tarixində keçiriləcəyini bildirilib.

Qeyd edək ki, Jak Şirak, ötən gün həyatının 87-ci ilində vəfat edib. O, 1995-ci ildən 2007-ci ilə qədər Fransa prezidenti vəzifəsində çalışıb. Bazar ertəsi Fransada milli matəm elan edilib.