Xəstəxananın 16 tibb bacısı eyni vaxtda hamilə oldu – FOTO
    • 19-08-2018, 12:40
    • 1 547

Xəstəxananın 16 tibb bacısı eyni vaxtda hamilə oldu – FOTO

Amerikanın Arizona ştatının bir xəstəxanasında 16 tibb bacısı hamilə olduqlarını elan edib.

Tibb bacıları ətrafdakıları inandırırlar ki, eyni vaxtda hamilə qalmaq üçün sözləşməyiblər. Bütün tibb bacıları bu ilin oktyabr ayından 2019-un yanvarına kimi doğuş etməlidirlər. Onları 12 həftəlik dekret məzuniyyətinə göndərəcəklər. Xəstəxana administrasiyası bu sayda işçilərin müvəqqəti gedişinə çoxdan hazırlaşıblar.

Hamilə qalanların iş yoldaşları zarafatla deyirlər ki, bunlar işdə xüsusi su içib eyni vaxtda hamilə qalıblar.

Tibbb bacılarını bu müddətdə bəzi işlərdən-kimya terapiyasından, vərəm olan xəstələrlə kontaktdan uzaqlaşdırıblar.

Hamilə tibb bacıları birlikdə yeməkxanaya getməyi xoşlayırlar. Onların xatirinə xəstəxananın kafesində menyuya duzlu xiyar və zeytun əlavə ediblər.

Qeyd edək ki, həmin xəstəxananın baş həkimi də qadındır.

//Moderator.az