“Qafqaz Qartalı – 2019” təlimi DAVAM EDİR - FOTO
    • 27-09-2019, 17:21
    • 1 708

“Qafqaz Qartalı – 2019” təlimi DAVAM EDİR - FOTO

Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı qüvvələrinin iştirakı ilə keçirilən “Qafqaz Qartalı - 2019” təliminin növbəti mərhələsi icra olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, bu mərhələdə xüsusi təyinatlılar terrorçular olan binanın həmlə ilə zəbt edilməsi, eləcə də şərti düşmənin hava hücumundan müdafiə vasitələrinin sıradan çıxarılması üzrə tapşırıqları yerinə yetiriblər. Fəaliyyətlər aviasiyanın dəstəyi ilə həyata keçirilib.