-
- 27-09-2019, 21:10
- 839
Türkiyəyə gələn 4920 turist ölkələrinə geri qayıdır
Dünyanın nəhəng turizm şirkəti “Thomas Cook”un iflasa uğramasından sonra bu şirkət vasitəsilə Türkiyənin Antalya şəhərinə gedən 4920 turist ölkələrinə geri qaytarılır.
News24.az xəbər verir ki, Antalya Valiliyinin yaydığı məlumatda şirkətin Antalyaya təşkil etdiyi səfərlərin sentyabrın 23-dən etibarən dayandırıldığı bildirilir. Bu səbəbdən adıçəkilən şirkət vasitəsilə Antalyaya gedən turistlər 21 təyyarə ilə ölkələrinə geri göndərilir.