"Məğlub olandan sonra Teymura dedim ki..." — Şəhriyar Məmmədyarov
    • 27-09-2019, 22:27
    • 958

"Məğlub olandan sonra Teymura dedim ki..." — Şəhriyar Məmmədyarov

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov şahmat üzrə Dünya Kubokunda finala çıxan həmyerlisi Teymur Rəcəbov haqqında danışıb. 

News24.az xəbər verir ki, azərbaycanlı qrossmeyster Teymur Rəcəbov yarımfinalın ikinci görüşündə fransalı Maksim Vaşye-Laqravı məğlub edib.

Turnirin 1/4 finalında Teymura uduzaraq mübarizəni dayandıran Şəhriyar Məmmədyarov isə Onun haqqında sosial şəbəkə hesabında yazıb. 

O, bildirib ki, bu il Azərbaycan şahmatı çox ağır il olsa da, Teymurun finala çıxmasını artıq qalibiyyət saymaq olar.

"Ümid edirəm ki, növbəti turnirimizdə milli komandamız Batumidə Avropa birincisi olacaq. Timaya dünya kubokunda məğlub olan kimi onu bərk qucaqlayıb lövhə arxasında dedim ki, ardı gəlsin və yolun finala qədər getsin. Qalib Azərbaycan şahmatıdır və bu nəticəyə sevinməyənlər şəxsən mənim fikrimcə millətimizin düşmənləridir. Bravo Tima! Biz birlikdə güclüyük!"