Teymur Rəcəbov qələbəsindən danışdı
    • 27-09-2019, 23:31
    • 1 112

Teymur Rəcəbov qələbəsindən danışdı

Teymur Rəcəbov Dünya Kubokunun final mərhələsinə çıxdıqdan sonra hisslərini bölüşüb.

News24.az yarımfinalda Rəcəbov iki partiyanın nəticələrinə görə fransalı Naksim Vaşye-Laqravı məğlub edib.
Həmyerlimizin finaldakı rəqibi iki çinli – Yuy Yanti və Din Lijen arasındakı yarımfinal qarşılaşmasından sonra bəlli olacaq.
Rəcəbov deyib: “İndi özümü yorğun hiss edirəm. Narahat idim ki, 4/1 finalda Ceffri Sünlə tay-breyk oynamalı olaram. Turnirin bu mərhələsində partiyanı mümkün qədər tez bitirmək istəyirsən. Mən hər partiyanı son partiya kimi oynayıram. Klassik partiyaları daha çox sevirəm, çünki o, tay-brekdən daha az vaxt aparır. Klassik partiyaların nəticələrinə görə məğlub olanda düşünürsən ki, qorxulu bir şey baş verməyib, heç olmasa, sənə əziyyət verməyəcəklər. Bəzi oyunçular deyir ki, mümkün qədər çox partiya oynamağa üstünlük verirlər. Amma bu, mənəvi və fiziki cəhətdən çox ağırdır”.